Xəbər lenti

Millimizin futbolçusu Niderland klubuna keçdi
İdman 18:40 27.05.2025

Millimizin futbolçusu Niderland klubuna keçdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu bəlli olub.

Qaynarinfo xəbər verir ki, 26 yaşlı hücumçu Niderland təmsilçisi "Volendam"a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu mövsüm elitaya vəsiqə qazanan "Volendam" milli üzvü ilə "1+1 illik" müqavilə bağlayıb.

Qeyd edək ki, Ozan Can Kökçü daha əvvəl Finlandiyada HİK komandasının formasını geyinib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->