Tanınmış dietoloq-nutrioloq Dr. Şəfa Yadigarova Gəncədə xəstə qəbulu keçirəcək. Qəbul 22 may tarixində "Referans Gəncə” Tibb Mərkəzində təşkil olunacaq.
Qaynarinfo xəbər verir ki, qəbul zamanı artıq çəki, metabolik sindrom, insulin dirənci, yüksək xolesterin göstəriciləri və şəkərli diabetlə bağlı qidalanma problemləri üzrə müraciətlərə baxılacağı bildirilir.
Müayinə zamanı Dr. Şəfa Yadigarova pasiyentlərə fərdi yanaşma əsasında qidalanma proqramları təqdim edəcək. Qəbul çərçivəsində təzyiq və ürək-damar problemlərində qidalanma dəstəyi, qaraciyər piylənməsi və öd kisəsi ilə bağlı xüsusi menyular, eləcə də mədə-bağırsaq və metabolizm problemləri üçün fərdi proqramlar nəzərdə tutulur.
Bundan başqa, sümük-oynaq problemlərində düzgün qidalanma sistemi və həkim nəzarətli qidalanma proqramı da qəbulun əsas istiqamətləri sırasında göstərilib.
Qəbul üçün qeydiyyatın çağrı mərkəzi (*0033 ) və (051) 819-99-98 telefon nömrəsi vasitəsilə aparıldığı qeyd olunur.
Mütəxəssislər bildirirlər ki, artıq çəki və metabolik pozuntular yalnız estetik məsələ deyil, həm də ürək-damar xəstəlikləri, şəkərli diabet və digər xroniki problemlər üçün risk amili hesab olunur. Bu səbəbdən belə hallarda qidalanma planının həkim nəzarəti ilə hazırlanması vacibdir.
Şərhlər