Xəbər lenti

Həkimlər Gəncədə reproduktiv sağlamlıq məsələlərini müzakirə edəcək
Sağlamlıq 11:50 19.05.2026

Həkimlər Gəncədə reproduktiv sağlamlıq məsələlərini müzakirə edəcək

Gəncə şəhərində reproduktiv sağlamlıq mövzusuna həsr olunan elmi-praktik seminar keçiriləcək. Tədbir 23 may 2026-cı il tarixində "Leon” oteldə baş tutacaq.

Qadın Sağlamlığı Dəstək İctimai Birliyinin təşkilatçısı olduğu seminarda səhiyyə sahəsinin mütəxəssislərinin, o cümlədən mama-ginekologiya, reproduktiv sağlamlıq və əlaqəli tibbi istiqamətlər üzrə həkimlərin iştirakı nəzərdə tutulur.

Bu barədə Qaynarinfo-ya Tibb üzrə fələsəfə doktoru, tanınmış onkoloq Günay Əhmədova məlumat verib.

Tədbirin təşkilatçıları sırasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Mama-Ginekoloqlar Assosiasiyası və digər peşəkar qurumların adları da yer alır.

Seminarın əsas məqsədi reproduktiv sağlamlıq sahəsində aktual yanaşmaların müzakirəsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması və tibbi biliklərin yenilənməsidir. Bu mövzu həm qadın sağlamlığı, həm də ailə planlaşdırılması baxımından səhiyyənin mühüm istiqamətlərindən biri hesab olunur.

Elana əsasən, tədbirdə iştirak edən həkimlər üçün 7 Davamlı Tibbi Təhsil balı nəzərdə tutulub. Bu isə seminarın tibbi peşəkar inkişaf baxımından da əhəmiyyət daşıdığını göstərir.

Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə və elmi müzakirələrin regionlarda təşkili mütəxəssislərin bilik və bacarıqlarının artırılması, həmçinin vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından vacib sayılır.
--> -->