Xəbər lenti

Suqovuşanda suyun səviyyəsi niyə azalıb? (AÇIQLAMA/FOTO/VİDEO)
Ölkə 18:17 04.01.2023

Suqovuşanda suyun səviyyəsi niyə azalıb? (AÇIQLAMA/FOTO/VİDEO)

Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə ermənilərin apardığı talançılıq fəaliyyəti təkcə mədənlərin yağmalanması ilə bitmir. Erməni separatçıları keçmiş Ağdərə rayonu ərazisində olan Sərsəng Su Anbarından da ölkəmizin əhalisinə qarşı məkrli niyyətlə istifadə edirlər. 

Musavat.com sosial şəbəkələrdə əksini tapmış məlumatlara istinadən bildirir ki, Tərtər rayonu ərazisindəki Suqovuşan dəryaçasında su ehtiyatları kəskin şəkildə azalıb. 

Hələ yay aylarında Suqovuşana ezam olunan zaman buradakı su ehtiyatları indiki ilə müqayisədə qat-qat artıq idi. Belə məlum olur ki, separatçılar əvvəlcədən elan etdikləri kimi, Azərbaycan ekoloqlarının Laçın yolundakı sivil aksiyasına "cavab” olaraq bölgədəki 100 mindən artıq azərbaycanlını "su sanksiyası”na məruz qoymağa qərar veriblər. Qeyd edək ki, bu istiqamətdən Kəlbəcərə aparan yol da ermənilər tərəfindən bağlanıb. Beləcə, erməni separatçılar Azərbaycan əhalisinin təkcə yolunu kəsməyib, həm də suyunu kəsib.

Sosial şəbəkələrdə yer alan məlumata görə, daşnaklar təkcə Sərsəngin qarşısını kəsib, suyun Suqovuşana axmasını əngəlləmir. Üstəlik, Suqovuşana birbaşa axan çayların da istiqamətini dəyişdirib, Sərsəngə yönəldir. Bununla növbəti ekoloji terror və cinayət törədilir. Bildirilir ki, Suqovuşan su anbarına axan Torağay çayının yuxarı axarında əsas bolsulu qolları üzərində 3 sutoplayıcı qurğu quraşdırılıb və borularla Sərsəng su anbarına ötürüb.

Xatırladaq ki, ötən il Azərbaycan mütəxəssisləri Sərsəngə baxış keçirmişdilər. Belə görünür separatçılar növbəti həyasızlığa əl atmaqla səbrimizi daşırmaq istəyirlər və cavablarını alacaqlar! Yeri gəlmişkən, 2016-cı ildə Avropa Şurası Parlament Asambleyası Ermənistana qarşı 2085 saylı qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə bildirilirdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır.
 
Əvvəl



Sonra



 
Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında qeyd edib ki, Suqovuşan su anbarında suyun səviyyəsinin aşağı düşmə səbəbi orada gedən təmir-bərpa işləridir:

"Suqovuşan su anbarının dib qapıları 30 ildən artıq müddətdə təmir olunmayıb. Hazırda həmin qapılar təmir edilir. Bununla əlaqədar tərəfimizdən məqsədli şəkildə suyun səviyyəsi aşağı salınıb. Sərsəng su anbarından buraxılan su həmin dib qapıları vasitəsilə Tərtər çayına axıdılır və təsərrüfatlara verilir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->