Niderlandın parlament sədri və son seçkilərdə qalib gəlmiş Azadlıq Partiyasının üzvü Martin Bosma Fransa səfiri ilə keçirilən parlament üzvlərinin naharında Belçikanın Niderland və Fransa arasında bölünməsi ideyasını irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı holland jurnalist Petra de Koninq NRC nəşrindəki köşəsində paylaşıb.
Jurnalistin yazdığına görə, Bosma tədbir zamanı partiya lideri Gert Vildersin daha əvvəl dediyi fikrə istinad edib: "Niderland Flandriyanı öz tərkibində görmək istəyir".
Onun bu sözləri, naharda iştirak edən digər parlament üzvləri və Fransa səfiri tərəfindən təəccüblə qarşılanıb.
Bosma həmçinin ehtimal edib ki, belə bir ssenari baş verərsə, Belçikanın fransızdilli bölgəsi olan Valloniya Fransa ilə birləşdirilə bilər. Jurnalist bu təklifin digər parlament üzvlərinin fikirlərinə əsaslanaraq nə qədər ciddi və ya simvolik olduğunu dəqiqləşdirməyib.
Hazırda bu təklif rəsmi bir təşəbbüs və ya dövlət siyasəti səviyyəsinə yüksəlməyib. Belçikanın federal quruluşu və Avropa İttifaqı çərçivəsindəki sabitliyi nəzərə alındıqda, bu cür təkliflərin reallaşması qeyri-real görünür. Lakin bu cür bəyanatlar, Avropada separatizm və regional inteqrasiya ilə bağlı mövcud diskussiyalara yeni impuls verə bilər.
Aydın
Şərhlər