"Manatın məzənnəsi 1.7 manat təsbit edilib. 
	
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında  maliyyə naziri Sahil Babayev deyib.
	
 
"Bundan başqa, dövlət borcumuz cari tarixə 25.4 mlrd manat və ya illik ÜDM-in 19.5%-nə bərabərdir. Bu rəqəm cari ilin əvvəli ilə müqayisədə 2.2 % bəndi daha aşağıdır".
	
"İlin sonuna proqnoz 21.8%, 2029-cu ilin sonuna olan proqnoz isə 21.2% kimi müəyyən edilib. Ümumilikdə Azərbaycan dövlət borcunun ÜDM-ə nisbəti göstərici üzrə dünyada ən yaxşı 20 ölkədən biridir və ilk 10-luğa aiddir”, deyə nazir bildirib.
	
Qafqaz Rafiqoğlu
             
            
Şərhlər