London zərgərlik evi "77 Diamonds"ın idarəedici direktoru Tobias Kormind futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesə hədiyyə etdiyi nişan üzüyünün dəyərini 5 milyon ABŞ dolları məbləğində qiymətləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" yazıb.
Hədiyyə edilən üzük məşhur Teylor-Berton brilyantı ilə müqayisə edilir. Həmin brilyant armud formalı olub, çəkisi 69,42 karatdır və onu aktrisa Elizabet Teylora aktyor Riçard Berton bağışlayıb.
Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında yaşayır və "Əl-Nəsr" klubunda çıxış edir. Ölkə qanunvericiliyi nikahsız qadın və kişinin bir evdə yaşamasına icazə verməsə də, məşhur futbolçuya istisna olaraq uşaqlarının anası ilə birgə qalmaq icazəsi verilib.
İdmançının modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Bundan əlavə, futbolçunun 2010-cu ildə doğulan oğlu Kriştiano Jr da var. 2017-ci ildə isə surroqat ana ona əkizlər - Eva və Mateo - dünyaya gətirib.
Aydın
Şərhlər