Xəbər lenti

Ronaldinyonun oğlu atasının yolu ilə getməməyə qərar verdi (FOTO)
İdman 14:10 15.08.2024

Ronaldinyonun oğlu atasının yolu ilə getməməyə qərar verdi (FOTO)

"Barselona"nın 19 yaşlı ehtiyat oyunçusu Joao Mendeş "Bernli"yə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə nüfuzlu insayder və jurnalist Fabritsio Romano yazır.

Bildirilir ki, klublar hələ 19 yaşlı braziliyalının 2023/24 mövsümünün sonunda Çempionşipə yuvarlanan İngiltərə klubuna keçidini rəsmən təsdiqləməyib.

"Transfermarkt"ın məlumatına görə, transfer azad agent kimi baş tutub və Joao ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Joao Mendeş "Barselona"nın sabiq futbolçusu Ronaldinyonun oğludur. O, həm mərkəz hücumçusu, həm də geriyə çəkilmiş hücumçu kimi oynaya bilər.

Mendeş Kataloniya akademiyasına 2023-cü ilin martında qoşulub. Həmin ilin aprelində o, ehtiyat klubu Juvenil B-də debüt edib.

Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə "blauqranas"da çıxış edib. Barselona ilə 145 oyunda 70 qol vurub. Braziliyalı heç vaxt İngiltərə klubunda oynamayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->