Xəbər lenti

Rəşad Sadıqov:
İdman 18:07 28.08.2024

Rəşad Sadıqov: "Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm"

Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm.

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis ilk matçda böyükhesablı məğlubiyyətə baxmayaraq cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını bildirib:

"İlk Görüşdəböyük hesabla uduzduq. Fərqli ab-havada bu qarşılaşmaya hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm".

Qeyd edək ki, avqustun 29-da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda rəqib altı cavabsız qolla qalib gəlib.//Report.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->