Xəbər lenti

İdman 18:44 25.11.2025

"Real Madrid" Viktor Osimheni transer etmək istəyir

"Qalatasaray"a transferi böyük əks-səda doğuran və xüsusilə Çempionlar Liqasında göstərdiyi performansla adı daim Avropanın nəhəng klubları ilə çəkilən Viktor Osimhen üçün İspaniya mətbuatından daha bir sensasion iddia gəlib.

Qaynarinfo xəbər verir ki, "Fichajes" saytının xəbərinə görə, Vinisius Jr. ilə yollarını ayırması gözlənilən "Real Madrid"də Kilian Mbappenin təbii mövqeyi olan sol kanada qayıtması və hücum mövqeyinə dünya səviyyəli bir hücumçunun transfer edilməsi planlaşdırılır.

Madid klunun bu istiqamətdə bir müddətdir sürətli, aqressiv, liderlik və qol vurmaq qabiliyyətləri ilə seçilən bir hücumçu axtardığı bildirilir. "Qalatasaray" forması geyinən Viktor Osimhen isə bu profilə tam uyğun gəlir və transfer siyahısında üst sıralara yüksəlib.

Xəbərdə, "Qalatasaray"ın Osimhen üçün "Napoli"yə 75 milyon avro transfer haqqı ödədiyi xatırladılır və nigeriyalı hücumçunun göstərdiyi performans səbəbindən "sarı-qırmızılar"dan ayrılmasının asan olmayacağı qeyd edilir.

Hər gün Avropa klublarının marağını daha da cəlb edən Viktor Osimhen üçün "Real Madrid"in "Qalatasaray"a ilkin mərhələdə 100 milyon avroluq təklif etməyə hazırlaşdığı və klub prezidenti Florentino Peresin bu transferdə ciddi addımlar atmaqdan çəkinməyəcəyi vurğulanır.

Keçən mövsüm "Qalatasaray" forması ilə 41 oyunda 37 qol və 8 ötürmə ilə yadda qalan Viktor Osimhen bu mövsüm 12 oyunda 9 qol vurub və bu qollardan 6-sını Çempionlar Liqasında imza atıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->