Xəbər lenti

İdman 16:36 26.04.2025

"Real" "Barselona" ilə oyunu boykot etməyəcək

"Real Madrid" "Barselona" ilə İspaniya Kral Kubokunun final matçına hakim təyinatı ilə bağlı qalmaqala görə oyunu boykot etmək imkanını nəzərdən keçirmir.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytında dərc olunan bəyanatda bildirilir.

"Bu matça təyin olunmuş hakimlərin finaldan bir gün əvvəl verdiyi uğursuz və yersiz açıqlamalar yüz milyonlarla insanın izləyəcəyi qlobal əhəmiyyətli idman hadisəsinə kölgə sala bilməz. Həmçinin Sevilyaya səfər etməyi planlaşdıran bütün azarkeşlərə və artıq Əndəlüs paytaxtında olanlara da hörmətlə yanaşırıq", deyə bəyanatda qeyd edilir.

Aprelin 24-də "Real Madrid" klubunun televiziya aparıcıları həlledici qarşılaşma üçün hakim seçimini tənqid ediblər. "Kral klubu"nun televiziyası baş hakimin səhvlərini təhlil edən üç dəqiqəlik video yayımlayıb. Xüsusilə vurğulanıb ki, bask hakimlə "Real Madrid"in 64, "Barselona"nın isə 81 faiz qələbəsi var.

Aprelin 25-də "Real Madrid" Kral Kubokunun finalı öncəsi məşqi ləğv edib və matça təyinat almış Rikardo de Burqos Benqoeçe Madrid təmsilçisinin klub televiziyasının tənqidləri səbəbindən mətbuat konfransında ağlayıb.

"Məktəbdə oğlunuza atasının "oğru" olduğunu söyləyəndə və o, evə ağlaya-ağlaya gələndə bu, həqiqətən çətindir", deyə o, mətbuat konfransında bildirib.

İspaniya Kral Kubokunun finalı bu gün Sevilyada keçiriləcək və Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->