Xəbər lenti

Qurban Qurbanov meydançanı qardan təmizlədi (FOTO)
İdman 15:07 10.02.2026

Qurban Qurbanov meydançanı qardan təmizlədi (FOTO)

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Şamaxı” – "Qarabağ” matçından əvvəl stadionda qeyri-adi anlar yaşanıb. Şamaxıda hökm sürən əlverişsiz hava şəraiti və yağan intensiv qar şəhər stadionunun ot örtüyünü tamamilə örtüb. Meydançanın oyun üçün uyğunsuz halda olduğunu görən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hər kəsə nümunə olacaq davranış nümayiş etdirib.

Demokrat.az xəbər verir ki, təcrübəli mütəxəssis kənardan izləmək əvəzinə, stadion işçilərinə qoşularaq meydanı qardan təmizləməyə başlayıb. Əlinə bel alan Qurbanovun stadion əməkdaşları ilə çiyin-çiyinə çalışaraq yaşıl örtüyü qardan təmizləməsi ətrafdakıların diqqətindən yayınmayıb. Onun bu səmimi görüntüləri qısa müddətdə sosial mediada yayılıb.

--> -->