Xəbər lenti

Qırğızıstanda terror aktları planlaşdıran qruplaşmanın 30 üzvü saxlanıldı
Dünya 08:04 05.03.2025

Qırğızıstanda terror aktları planlaşdıran qruplaşmanın 30 üzvü saxlanıldı

Qırğızıstan xüsusi təyinatlıları ölkədə terror aktları planlaşdıran 30 terror qruplaşması üzvünü saxlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, qrup üzvlərinin hərəkətləri beynəlxalq terror təşkilatının xarici mərkəzləri tərəfindən əlaqələndirilib. Dövlət Komitəsi qeyd edib ki, saxlanılan şəxslər sistematik şəkildə radikal ideologiyanı təbliğ edən görüşlər keçirib, terrorçuluq fəaliyyəti üçün pul yığıblar.

"Müəyyən edilib ki, bu radikal qruplaşmanın əsas məqsədi Qırğızıstanın konstitusiya quruluşuna qarşı qondarma cihad törətmək, habelə respublikanın vəzifəli şəxslərinə, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktları planlaşdırmaq olub", deyə MTN-dən bildirilib.

Dəstə üzvlərindən birindən partlayıcı qurğunun hazırlanması ilə bağlı video təlimat götürülüb.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->