Xəbər lenti

Astarada qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb
Ölkə 17:00 02.10.2025

Astarada qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

Polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Qaynarinfo xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Kakalos kəndi ərazisində çöl quşlarının qanunsuz ovu ilə məşğul olan A.Əkbərov, R.Babayev və B.Məmmədov saxlanılıblar.

Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->