Xəbər lenti

Sənədli torpaq sahələri bahalaşır (VİDEO)
Video 21:10 02.10.2025

Sənədli torpaq sahələri bahalaşır (VİDEO)

Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb.

Qiymətləndiricilər Palatasının məlumatına görə, torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb.

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub. Onun sözlərinə görə, bəzi yerlərdən artım daha yüksəkdir.

Ekspertin sözlərinə görə, şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var.
Ekspert bildirir ki, Sumqayıt və  Xırdalan şəhərlərində torpaq qiymətləri son 1 ildə 10-12 faiz arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
 

 

 

 
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->