Xəbər lenti

Tusk Orban və müharibə barədə:
Dünya 15:40 02.10.2025

Tusk Orban və müharibə barədə: "Təəssüf ki, kimin tərəfində olduğu məlumdur"

Polşanın baş naziri Donald Tusk Rusiya-Ukrayna müharibəsi ilə bağlı macar həmkarı Viktor Orbanla polemikanı davam etdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Tusk Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitinə gələrkən danışıb.

Bir müddət əvvəl Donald Tusk Qərb cəmiyyətlərini başa düşməyə çağırmışdı ki, Ukraynadakı müharibə yad bir münaqişə deyil, "bizim müharibəmizdir”.

Viktor Orban isə cavabında Tusku Avropanı Rusiya ilə müharibəyə sürükləməkdə ittiham etmişdi.

Tusk sammitdə bildirib ki, liderlərin Ukrayna müharibəsinə fərqli yanaşmaları uzun illərdir bəllidir:
"Viktor Orban hesab edir ki, müharibə yoxdur. Mən isə hesab edirəm ki, müharibə var. Əsl sual müharibənin olub-olmaması deyil, bu müharibədə kimin hansı tərəfdə durmasıdır”.

Onun sözlərinə görə, "Polşanın hansı tərəfdə olduğu məlumdur, NATO-nun və Avropanın hansı tərəfdə olduğu da məlumdur. Və təəssüf ki, Viktor Orbanın hansı tərəfdə olduğu da məlumdur”.

Tusk əlavə edib ki, bu, normal dialoq aparmalarına mane olmur: "Mən Avropadakı tərəfdaşlarımızla sivil formada danışmağa çalışıram və emosiyalarımı saxlamağı bacarıram”.

Xatırladaq ki, 26 sentyabrda Tusk belə bir xəbərdarlıq edib: "Rusiyanın bütün dünyaya qarşı pis niyyətləri var”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->