Xəbər lenti

Foto 15:51 19.08.2024

"Qarabağ" Xorvatiyaya yola düşdü (FOTO)

UEFA Çempionalar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb"in rəqibi olan Ağdamın "Qarabağ" klubu pley-off mərhələsinin ilk görüşü üçün Xorvatiyaya yola düşüb.

Qaynarinfo xəbər verir ki, "köhlən atlar" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn komandamız bu gün Xorvatiyanın Zaqreb şəhərinə yollanıb.

Komandalar arasında keçiriləcək ilk görüş avqust ayının 20-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubunu 7:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->