Xəbər lenti

İdman 21:01 18.05.2025

"Qarabağ" "Kəpəz"i darmadağın etdi

Misli Premyer Liqasının XXXV turunda "Qarabağ" "Kəpəz"i məğlub edib.

Qaynarinfo xəbər verir ki, "Azərsun Arena"da baş tutan turun bağlanış görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə sonuçlanıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (31), Aleksey Kaşuk (72) və Musa Qurbanlı (82) fərqləniblər

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 86 xalla birinci pillədədir. "Köhlən atlar" çempionluğunu üç tur əvvəldən rəsmiləşdirib. 32 xala malik gəncəlilər səkkizincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Neftçi" "Səbail" kollektivini 3 cavabsız qolla üstələyib. "Zirə" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->