Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:28 02.10.2025

Çempionlar Liqası: "Qarabağ" turnir cədvəlində altıncı pillədə qərarlaşıb

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Qaynarinfo xəbər verir ki, bu, II turun oyunlarının nəticəsinə əsasən müəyyənləşib.

Azərbaycan çempionu ilə yanaşı, Almaniyanın "Bavariya", İspaniyanın "Real", Fransanın PSJ, İtaliyanın "İnter" və İngiltərənin "Arsenal" komandasının da altı xalı var.

Qeyd edək ki, II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini məğlub edən (2:0) "köhlən atlar" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->