"Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunununa təyinat alan Kleman Tyurpen daha əvvəl bir dəfə Azərbaycan komandasının görüşünü idarə edib.
"Report"un məlumatına görə, bu, yığmanın 2016-cı ildə səfərdə Şimali İrlandiyaya qarşı keçirdiyi matça təsadüf edib.
Ədalət təmsilçisi həmin vaxt DÇ-2018-in seçmə mərhələ görüşündə iş başında olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
43 yaşlı hakim 2010-cu ildən beynəlxalq görüşlərə təyinat alır. O, 2016, 2021 və 2024-cü ildə keçirilmiş Avropa çempionatlarında, 2018 və 2022-ci illərdəki mundiallarda, 2014-cü ildən bu vaxtadək isə UEFA Çempionlar Liqasının qrup mərhələsinin (hazırda Liqa mərhələsi) oyunlarını idarə edib.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.
Şərhlər