Xəbər lenti

İdman 09:49 11.12.2024

"Qarabağ"da daha bir itki: "Elfsborq"a qarşı oynamayacaq

"Qarabağ"ın daha bir futbolçusu İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.

Bu barədə Qaynarinfo-ya Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi Bəhlul Mustafazadə komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin üzvü bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->