Xəbər lenti

İdman 13:15 13.02.2026

"Qarabağ" Avropa Liqasından milyonlar qazanıb

"Qarabağ"ın ötən mövsüm Avropa Liqasında qazandığı vəsait açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlar UEFA-nın cari mövsümlə bağlı təqdim etdiyi rəsmi maliyyə hesabatında yer alıb.

Azərbaycan çempionu Avroliqanın əsas mərhələsindəki çıxışına görə 7 milyon 858 min avro əlavə edib. Bu məbləğin 4 milyon 310 min avrosu komandanın turnirin liqa mərhələsinə vəsiqə qazanması qarşılığında ödənilib.

Marketinq və yayım hüquqlarından gəlirlər 3 milyon 15 min avro olub. "Qarabağ" əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun reytinq sıralamasına əsasən isə 75 min avro qazanıb.

--> -->