Xəbər lenti

Qara Qarayev “Neftçi”dən getdi (YENİLƏNİB)
İdman 16:47 19.09.2024

Qara Qarayev “Neftçi”dən getdi (YENİLƏNİB)

"Neftçi” Qara Qarayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Qarayev "Neftçi”nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub.

10.42
 
"Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, "ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında "Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, "Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->