Xəbər lenti

İdman 10:34 03.09.2024

"Qalatasaray" Kərəmi "Benfika"ya satdı - MƏBLƏĞ

Türk futbolçu Kerem Aktürkoğlunun yeni klubu bəlli olub.

Qaynarinfo xəbər verir ki, "Qalatasaray" futbolçunu Portuqaliyanın "Benfika" klubuna satıb.

Bununla bağlı Portuqaliya klubu sosial media hesabında məlumat paylaşıb. Futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

 

"Qalatasaray" da Aktürkoğlunu transferini elan edib. Məlum olb ki, Portuqaliya klubu Kərəm üçün 12 milyon avro ödəyib. Bundan başqa "Qalatasaray" onun başqa kluba satışından 10 faiz pay alacaq.


Qeyd edək ki, futbolçu 2021-ci ildə "Erzincanspor"dan "Qalatasaray"a transfer olunub. O, "sarı-qırmızılar"la 179 dəfə meydana çıxıb. Bu oyunlarda 46 qol vurub, 42 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl Rusiyanın "Spartak" klubu Kerem Aktürkoğlunu transfer etmək istəyirdi.
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->