Xəbər lenti

Premyer Liqa:
İdman 16:44 22.02.2026

Premyer Liqa: "İmişli" - "Şamaxı" oyununda "sülh"

Misli Premyer Liqasının XXI turunda daha bir oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə qarşılaşan "Şamaxı" heç-heçəyə razılaşıb.

Matçda qapılara qol vurulmayıb. Meydan sahibləri 20 xalla 9-cu, "Şamaxı" 25 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.

--> -->