Mövcud təhlükəsizlik vəziyyəti aradan qalxdıqdan sonra Hörmüz boğazında hərəkət şəraiti normallaşacaq və İran təhlükəsiz keçidi təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində səmərəli və peşəkar nəzarət mexanizmləri tətbiq edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leoya göndərdiyi mesajda bildirib.
O, Roma Papasına sərgilədiyi mövqeyə görə təşəkkür edib.
İran Prezidenti vurğulayıb ki, ölkəsi hələ də diplomatiya və sülh yolu ilə həll variantlarına sadiqdir.
Pezeşkian əlavə edib ki, "ABŞ hökumətinin danışıqlar masasına və diplomatiyaya dəfələrlə xəyanət etməsinə baxmayaraq, İran Pakistanın vasitəçiliyini alqışlayıb və İslamabad danışıqlarına səmimi və peşəkar şəkildə qatılıb".
Şərhlər