Xəbər lenti

Tramp İŞİD-in ikinci komandirinin öldürüldüyünü bildirib
Dünya 08:37 16.05.2026

Tramp İŞİD-in ikinci komandirinin öldürüldüyünü bildirib

ABŞ Prezidenti Donald Tramp Nigeriyada ABŞ və Nigeriya qüvvələrinin birgə əməliyyatı nəticəsində İslam Dövləti terror qrupunun ikinci komandiri Əbu Bilal əl-Minukinin öldürüldüyünü açıqlayıb. Tramp hadisənin İŞİD-in qlobal fəaliyyətlərini xeyli zəiflədəcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp özünün Truth Social platformasında yazıb ki, ABŞ və Nigeriya qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində Nigeriyada İslam Dövləti (İŞİD) terror qrupunun ikinci komandiri Əbu Bilal əl-Minuki öldürülüb.

Qaynarinfo-nun verdiyi xəbərə förə, Tramp bildirib ki, əl-Minuki İŞİD-in qlobal miqyasda ikinci şəxsi olub.

"O, artıq Afrika xalqını terrorla qorxutmamalı, yaxud amerikalılara qarşı əməliyyatların planlaşdırılmasına yardım etməməlidir”, - ABŞ Prezidenti qeyd edib.

Tramp vurğulayıb ki, əl-Minukinin öldürülməsi İŞİD-in qlobal fəaliyyətlərinin ciddi azalmasına səbəb olub.

ABŞ Prezidenti Nigeriya hökumətinə bu birgə əməkdaşlığa görə təşəkkürünü bildirib.
--> -->