Xəbər lenti

Kamboca Baş nazirinin müavini WUF13-də iştirak üçün Azərbaycana gəldi
Siyasət 12:04 16.05.2026

Kamboca Baş nazirinin müavini WUF13-də iştirak üçün Azərbaycana gəldi

Kamboca Baş nazirinin müavini, torpaq idarəetməsi naziri Say Sam Al BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 16-da Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, WUF13 mayın 17-22 Bakıda keçiriləcək.


--> -->