Macarıstanın baş naziri Viktor Orban Avropanın əksəriyyətinin Ukraynaya dəstək siyasətini tənqid etməyə davam edir və bildirir ki, ABŞ-ın mövqeyinin dəyişməsindən sonra bu, Avropa üçün daha da baha başa gələcək.
Qaynarinfo xəbər verir ki, Orban bu fikirləri "Kossuth Radio”nun səhər efirində
səsləndirib.
"Avropalılar Ukrayna ordusunun saxlanması üçün pul ayırmaq istəyirlər. İkincisi, Ukrayna dövlət kimi işlək vəziyyətdə deyil, ona görə də dövlətin maliyyələşdirilməsi də lazımdır. Üçüncüsü, indi qərara gəlmişik ki, özümüzə daha çox vəsait ayırmalıyıq, çünki ordularımız zəifdir, silahlanmamız yetərli deyil, Avropa güclənməlidir... Üstəlik, Ukraynanın Aİ-yə üzvlüyü məsələsi var ki, bu da dördüncü böyük xərcdir. Bütün bunları bir yerə toplasaq – belə məbləğdə vəsait sadəcə mövcud deyil. Nə Avropada, nə də bəlkə də Amerikada", – deyə Macarıstanın baş naziri vurğulayıb.
O, Macarıstanın həmişə "sülhün tərəfdarı” olduğunu və müharibənin iqtisadi nəticələrindən əziyyət çəkdiklərini bir daha təkrarlayıb.
Bundan əlavə, Macarıstanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı ictimai sorğunun keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Viktor Orban 6 martda keçirilən fövqəladə Avropa Şurasının iclasının yekun sənədini imzalamaqdan imtina edib. Sənəd Aİ-nin 27 üzvündən 26-sı tərəfindən razılaşdırılmışdı.
Orban bildirib ki, 6 mart sammitinin nəticələrinə əsasən, digər 26 ölkənin Ukraynanı dəstəkləmək mövqeyi üçün "rasional səbəb" görmür, çünki ABŞ-ın kursunu dəyişməsindən sonra bu siyasətin davam etdirilməsi Avropa üçün əlavə xərclər deməkdir.
"Əgər avropalılar bunu öz üzərlərində daşımağa davam etsələr, son qəpik-quruşumuz belə bu müharibəyə gedəcək", – Orban şikayətlənib.
Alpər
Şərhlər