Xəbər lenti

Niger millisinin forvardı Azərbaycan klublarının maraq dairəsində
İdman 19:19 10.04.2025

Niger millisinin forvardı Azərbaycan klublarının maraq dairəsində

Ukraynanın "Krivbas" klubunun hücumçusu Daniel Sosa karyerasını Azərbaycanda davam etdirə bilər.

Oxu.Az "TaToTake" portalına istinadən xəbər verir ki, adı açıqlanmayan Azərbaycan klublarından biri Niger millisinin futbolçusu ilə ötən qış maraqlanıb.

Lakin UPL təmsilçisi hücumçunu buraxmayıb. 26 yaşlı futbolçu bu mövsüm komandasının heyətində 20 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Niger millisinin hücumçusu "Vap"(Toqo), "İsloç"(Belarus) klublarında oynadıqdan sonra 2023-cü ildə "Krivbass"a keçib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->