Müğənni Mənzurə Musayevaya fantastik qiymətə nişan üzüyü alınıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənni Mənzurə Musayeva sentyabr ayının sonunda gerçəkləçəcək nişan mərasimindən danışarkən deyib. Sənətçi bildirib ki, analoqu olmayan üzük xüsusi hazırlanıb:
"Nişan mərasimi efirlərin birində canlı olacaq. Bu, bəyin qərarıdır. Məclisin necə olacağı da mənə çox maraqlıdır. Yeni mövsüm sentyabrın 20-dən sonra açılacaq. Bəy də danışıb, efirlərin birində məclis olacaq, nişan üzüyünü orada verəcək. Aldığı üzükdən xəbərsizəm. Amma bəy deyir ki, Mənzurəyə analoqu olmayan üzük təqdim edəcəyəm, hamı bir ay həmin üzükdən danışacaq. Üzük çox bahalıdır. Dediyinə görə, heç kəsin o qiymətə üzüyü olmayıb".
Amma Mənzurə Musayeva ona belə bahalı üzük alan bəyin görüşünə getmir:
"Zəng edir, gəl görüşək. Vaxtım yoxdur ki, onunla görüşə gedim, söhbət edək, ancaq telefonda danışıram. Onunla qəti görüşmürəm. Qoy nişan olsun, sonra görüşəcəyəm. Mən ağıllı qızam".
Qeyd edək ki, müğənni Mənzurə Musayeva həmkarı ilə ailə qurmağa hazırlaşır. Oktyabr ayında toy məclisinin olması nəzərdə tutulub. Amma buna baxmayaraq, bəyin adı hələ də açıqlanmayıb.
Bahar Rüstəmli
Şərhlər