"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo məşqçi kimi inkişafında ən böyük təsiri göstərən oyunçunun kim olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sporty Net"ə açıqlamasında 8 dəfə "Qızıl top" mükafatını qazanmış Lionel Messini qeyd edib:
"Messi. Çünki biz hər dəfə onunla qarşılaşanda o, məni oyun strategiyası üzərində çox düşünməyə məcbur edirdi".
Mourinyo 2010-2013-cü illərdə Madrid "Real Madrid"in baş məşqçisi olub. Həmin dövrəd Messi (2000–2021) "Barselona"nın heyətində çıxış edirdi. Kataloniya klubunda Messi ümumilikdə 778 oyunda iştirak edib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
Aydın
Şərhlər