Azərbaycan millisinin üzvü Zamiq Əliyev "Eqnatiya”dan ayrıla bilər.
Bizim.Media xəbər verir ki, hazırda "Eqnatiya”nın formasını geyinən müdafiəçinin Türkiyəyə yollanmaq ehtimalı yüksəkdir.
Birinci liqa təmsilçisi olan "Boluspor” Əliyevi icarəyə götürməyi planlaşdırır.
Bolu təmsilçisi mövsümün əvvəlində də onunla maraqlanıb, lakin "Eqnatiya” buna razılıq verməyib. 24 yaşlı futbolçunun Albaniya çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Şərhlər