Xəbər lenti

Millimizdə yeni baş məşqçi - AFFA təsdiqlədi
İdman 16:11 16.06.2023

Millimizdə yeni baş məşqçi - AFFA təsdiqlədi

Bu gün "Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə iclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat olub. Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib. Paralel olaraq "Araz-Naxçıvan”ı da çalışdıracaq Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib. Vitali Borisov, 5 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub.

Futzalçı karyerası:

"Anqloil" – 2000-ci il
"Tribut" – 2001-2003
"Ədliyyə" - 2003-2004
"Araz-Naxçıvan" – 2004-2005
"Azfarma" – 2005-2006
"Araz-Naxçıvan" – 2006-2008
"Dina" (Rusiya) – 2008-2010
"Araz-Naxçıvan" – 2010 – 2014
"Fener" - 2014-2015
"Ekonomaç" (Serbiya) – 2015-2017
"Neftçi" İK – 2017-2018
"Marafon Futsal" – 2018

Məşqçi kimi fəaliyyəti:

"Neftçi" İK – 2021-2022

Uğurları:

UEFA kuboku, bürünc medal – 2 dəfə
Azərbaycan çempionu – 7 dəfə
Azərbaycan kuboku – 4 dəfə
Serbiya çempionu – 2 dəfə
Serbiya kuboku – 2 dəfə

Milli komandanın heyətində 2001-2019-cu illərdə çıxış edən sabiq futzalçı 5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Yığmamızın heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yer tutması olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->