Xəbər lenti

Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsaitin məbləği açıqlandı
Siyasət 12:58 27.05.2025

Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsaitin məbləği açıqlandı

Milli Məclisdə təmsil olunan və seçkilərdə iştirak edən siyasi partiyalara dövlət büdcəsindən ötən il ayrılan məbləğin miqdarı məlum olub.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2024-cü ilin dövlət büdcəsindən Milli Məclisdə təmsil olunan siyasi partiyaların, habelə Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat məbləğində maliyyə yardımı ayrılmış və tam icra olunub.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->