Məhkəmə "Meydan TV" işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.
"Report" un məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bundan əvvəl "Meydan TV"nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
09.16
Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Ülviyyə Əlinin "Meydan TV" işi ilə əlaqədar saxlanıldığı qeyd olunur.
Şərhlər