"Ford Motor Company”nin baş direktoru Cim Farli bir vaxtlar Çin şirkəti "Xiaomi”nin elektromobilini altı aya yaxın müddətdə şəxsən sürüb. Bir çoxları onun niyə Ford brendinə üstünlük vermədiyini anlamasa da, bu addımın izahı var.
Qaynarinfo xəbər verir ki, bu barədə CNBC
yazır.
Ford şirkəti illərlə və milyardlarla dollar xərcləyərək elektromobil bazarına daxil olmağa çalışıb. Bu sahədə isə artıq "Tesla” və Çin istehsalçıları üstünlük təşkil edirdi.
2024-cü ilin martında Stenford Universitetində çıxışı zamanı Farli bildirib ki, bu səylərin bir hissəsi rəqibləri yaxından tanımaq məqsədilə onların avtomobillərini sürmək olub. Onun sözlərinə görə, bu yolla bazardakı real fərqləri və üstünlükləri daha yaxşı anlamaq mümkün olub.
"Everything Electric Show" adlı podkastda Farli "Xiaomi”nin elektromobilini bir müddət sürdüyünü təsdiqləyib və bu avtomobili "fantastik” adlandırıb.
"Biz bu avtomobillə Şanxaydan Çikaqoya uçduq. Altı aydır onu sürürəm və ondan ayrılmaq istəmirəm”, – deyə Farli bildirib.
Məqalədə qeyd olunur ki, "Ford” rəhbərinin bu sözləri ABŞ prezidenti Donald Trampın Çinlə ticarət müharibəsi elan etməsindən xeyli əvvəl səslənib. Tramp administrasiyası daha sonra Çin avtomobilləri də daxil olmaqla müxtəlif məhsullara yüksək gömrük rüsumları tətbiq edib.
Bill Qeytsin sevimli avtomobili
"Microsoft”un həmtəsisçisi Bill Qeyts də bir dəfə sevimli avtomobili haqqında danışıb. Onun sözlərinə görə, insanlar onu bu avtomobilin sükanı arxasında görəndə təəccüblənirlər.
Meyers qardaşlarının podkastında çıxış edən Qeyts bildirib ki, o, kompaktdizaynlı bir elektromobilə sahibdir və bu, onun ən sevdiyi avtomobildir – qırmızı rəngdə "Fiat 500e RED Edition”.
Bundan əlavə, Qeyts daha lüks elektromobil olan "Porsche Taycan”a da sahib olduğunu qeyd edib. Amma məhz "Fiat 500e”nin ona ən çox pozitiv hisslər bəxş etdiyini vurğulayıb.
Alpər
Şərhlər