Xəbər lenti

Yunan-Roma güləşçilərimiz Türkiyədə iki medal qazandı
Ölkə 23:55 07.05.2025

Yunan-Roma güləşçilərimiz Türkiyədə iki medal qazandı

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında "Çempionlar” turniri davam edir.

Qaynarinfo xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.

Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->