Xəbər lenti

Avropada turist izdihamından uzaq, ən yaxşı çimərlik kurortları (SİYAHI)
Dünya 20:41 07.05.2025

Avropada turist izdihamından uzaq, ən yaxşı çimərlik kurortları (SİYAHI)

Avropada yay aylarında bəzi məşhur turizm istiqamətləri həddindən artıq turist axını və yüksək qiymətlər səbəbilə artıq cəlbedici deyil. Lakin hələ də sakitlik axtaranlar üçün kütlədən uzaq, az tanınsa da təbii gözəlliyi ilə seçilən kurortlar mövcuddur.

Qaynarinfo xəbər verir ki, tanınmış turizm platforması "Europe’s Best Destinations" Avropada həddindən artıq turizmdən hələ təsirlənməyən, ən yaxşı 13 sahilyanı kurortun siyahısını təqdim edib.

Reytinqə Portuqaliyanın cənubundakı turizm bölgəsi olan Alqarvedə yerləşən Kosta-Visentina (Costa Vicentina) regionu başçılıq edir. Məlumatda bildirilir ki, Portuqaliyanın cənub-qərbində yerləşən Kosta-Visentina dramatik qayalıqları, tənha çimərlikləri və toxunulmamış təbiəti ilə tanınır. Təbii parkın bir hissəsi olan bu bölgə sörfçülər, təbiətsevərlər və piyada gəzinti həvəskarları üçün əsl cənnətdir. 

Ziyarətçilər burada Rota Vicentina adlanan mənzərəli yürüş marşrutlarını kəşf edə, Praia da Amoreira kimi sakit çimərliklərdə dincələ və yerli restoranlarda təzə dəniz məhsullarından dada bilərlər. Müəlliflərin qeyd etdiyinə görə, Kosta-Visentina macəra və istirahət arasında ideal balans təklif edir.

Avropada izdihamdan uzaq 13 ən yaxşı sahil kurortu:

1. Kosta-Visentina, Alqarve, Portuqaliya
2. San-Migel adası, Azor adaları, Portuqaliya
3. Sivota, Yunanıstan
4. Marina-di-Kamerota, İtaliya
5. Tsasteni, Yunanıstan
6. Formentera, Balear adaları, İspaniya
7. Korçula, Xorvatiya
8. La Qomera, Kanar adaları, İspaniya
9. Egq adası, Şotlandiya, Böyük Britaniya
10. Xora, Alonis adası, Yunanıstan
11. Çefalu, Siciliya, İtaliya
12. Karpatos adası, Yunanıstan
13. Mall adası, Şotlandiya, Birləşmiş Krallıq

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->