Xəbər lenti

Sabah bu ərazilərdə qaz olmayacaq
Ölkə 21:18 07.05.2025

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, "Qaz İxrac” İdarəsinə məxsus "Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən  qaz təchizatı dayandırılacaq.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.





Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->