Səkkiz qat "Qızıl top"un sahibi argentinalı Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Əhli" futbol klubu ilə danışıqlara başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə klubu Messinin ABŞ-ın "İnter Mayami" komandası ilə müqaviləsinin başa çatacağı dekabr ayını gözləməyə hazırdır ki, onunla pulsuz müqavilə imzalansın. Klub bir neçə həftədir ki, bu addım üzərində işləyir. Müqavilənin maliyyə tərəfləri bilinmir, lakin klubun forvardla müqavilə imzalamaq üçün çox şey etməyə hazır olduğu qeyd edilir.
Messi "Barselona"nın yetirməsidir. O, daha sonra PSJ və "İnter Mayami"də çıxış edib. Argentinalı futbolçunun Amerika klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin sonunadək nəzərdə tutulub. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Aydın
Şərhlər