Xəbər lenti

Məşhur döyüşçü
İdman 18:21 09.11.2022

Məşhur döyüşçü "Liverpul"u almaq istəyir

Məşhur MMA döyüşçüsü Konor Makqreqor satışa çıxarılan İngiltərə Premyer Liqası nəhənglərindən olan "Liverpul"la maraqlanır.

Qaynarinfo-nun məlumatına görə irlandiyalı idmançı sosial şəbəkədə "Liverpul"un alınmasında maraqlı olduğunu açıqlayıb. Makqreqor bir izləyicisinin "Liverpul"u al" yazısından sitat gətirərək, "Bunu çox bəyəndim! Xəbəri eşidən kimi məlumat istədim" sözlərindən istifadə edib.

Britaniya mətbuatının yazdığına görə, Makqreqorun tək başına "Liverpul"u almaq üçün kifayət qədər pulu yoxdur. Məşhur döyüşçü yalnız investorlarla birlikdə belə bir addım ata bilər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->