Xəbər lenti

Mərhum şairin güldanı oğurlandı - Qızı kimdən şübhələnir?
Ölkə 12:12 12.07.2024

Mərhum şairin güldanı oğurlandı - Qızı kimdən şübhələnir?

Mərhum şair İlyas Tapdığın məzarından qəbirüstü güldan oğurlanıb.

Bu barədə Qaynarinfo-ya şairin müğənni qızı Şəbnəm Tapdıq deyib. Sənətçi bu məsələdə bir neçə gün öncə sosial şəbəkələrdə mərhum şairin qəbirinin baxımsız vəziyyətdə olmasını əks etdirən fotoları yayan şəxsi ittiham edib:

"Vicdanı olan adam bir başa mənə məlumat verərdi, həmin fotonu sosial şəbəkədə paylaşmazdı. Mənim atamın qəbirinin üstündə güldan var idi, həmin fotolardan sonra yoxa çıxıb. Bəlkə elə onu çəkən oğurlayıb? Hanı güldan? Yenidən atamın qəbrinin üstünə güldan qoydurdum. Bu dəfə iki dənə güldan qoydular, özü də təmənnasız. Güldan hara yoxa çıxıb? Onu kimin boynuna yazaq?".

Şəbnəm Tapdıq bildirib ki, atasının qəbirinin üstünü özü təmizləyib:

"Yaz vaxtı xəstələndim, gedə bilmədim. Həmin vaxt da ot basıb. Onun qəbirinin üstünü həmişə özüm təmizləyirəm, abidələri də mən qoydururam. Vicdanlı adam mənə xəbər edərdi. Əgər bunu etmədisə, deməli, məqsədi ayrıdır". 

Qeyd edək ki, bir müddət öncə mərhum şair İlyas Tapdıq və həyat yoldaşının Badamdar qəbiristanlığındakı məzarının şəkilləri yayılıb. Görüntülərdən şairin və həyat yoldaşının məzarının baxımsız vəziyyətdə olduğu diqqət çəkib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->