Xəbər lenti

Macar lider: “Ukrayna Orbanın gözdən salmaq üçün
Dünya 13:43 05.02.2025

Macar lider: “Ukrayna Orbanın gözdən salmaq üçün "xeyli vəsait" xərcləyib”

Macarıstanın hakim "Fides" partiyasının fraksiya lideri Mate Koçiş iddia edir ki, Macarıstan xüsusi xidmət orqanlarının məlumatına əsasən, Ukrayna baş nazir Viktor Orbanı gözdən salmaq üçün kampaniya başladıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə Koçiş "Facebook”da yazıb.  

Macar deputatın sözlərinə görə, üzvü olduğu parlamentin milli təhlükəsizlik məsələləri komitəsinin iclasında Macarıstan xüsusi xidmət orqanları Orban əleyhinə aparılan kampaniya barədə xəbərdarlıq ediblər.  

"Onların əldə etdiyi məlumata görə, Ukrayna dövləti Macarıstan baş nazirinə qarşı böhtan kampaniyası aparır, bunun məqsədi baş nazirin beynəlxalq imicini sarsıtmaq və Macarıstanın öz maraqlarını müdafiə etmək imkanlarını zəiflətməkdir", – deyə Koçiş bildirib.  

O əlavə edib ki, Ukrayna bu əməliyyat üçün "xeyli vəsait" xərcləyib və "ukraynalılar artıq məlumat toplamağa və saxta xəbərlər uydurmağa başlayıblar".  

"Özlərini müstəqil sayan bəzi KİV-lər indi ölkəni Ukrayna pullarına satmağa hazırdır", – Koçiş iddia edib.  

Lakin "Fides" deputatı sözlərini təsdiqləyən heç bir sübut təqdim etməyib.  

Xatırladaq ki, daha əvvəl oxşar ittihamlar qonşu Slovakiyadan da səslənmişdi: orada xüsusi xidmət orqanları "dövlət çevrilişi"nə hazırlıq barədə bəyanat vermişdi.  

Bu ittihamlar fonunda və hökumət əleyhinə minlərlə insanın iştirak etdiyi davamlı etirazların gedişində Slovakiya baş naziri Robert Fitso ölkədə "Maydan" hazırlandığını və buna Ukraynanın aidiyyəti olduğunu iddia edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->