Çili Katolik Universitetinin tədqiqatçıları interferonun COVID-19-un yayılmasını azaltmağa kömək edə biləcəyini müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "EClinicalMedicine" jurnalında dərc edilib.
İnterferon immunitet sistemini gücləndirən və bədənin infeksiyalarla mübarizə aparmasına kömək edən bir qrup zülalın ümumi adıdır.
Tədqiqatda 1172 nəfər iştirak edib: onların bir hissəsi koronavirusa yoluxub, digər hissəsi isə yoluxmuş insanlarla eyni evdə yaşayıb. Tədqiqatçılar koronavirusun yayılmasını qiymətləndirmək üçün yoluxmuş insanların müalicəsinin və onlarla birgə yaşayanların interferonla qarşısının alınmasının effektivliyini sınaqdan keçiriblər.
Könüllülər iki qrupa bölünüb: birinci qrupdakı iştirakçılar COVID-19 üçün standart müalicə alıb, ikinci qrupdakı iştirakçılar isə üç doza interferon iynəsi qəbul edib. Bir ay ərzində könüllülərin və onların ailələrinin vəziyyəti nəzarətdə saxlanılıb.
Nəticələr göstərib ki, interferon COVID-19-a yoluxmuş insanlarda infeksiyanın şiddətini azaltmasa da, yoluxmuş şəxslə yaşayan insanlar arasında virusun yayılması şansını azaldır.
Aydın
Şərhlər