Xəbər lenti

Konfrans Liqası:
İdman 16:25 05.08.2024

Konfrans Liqası: "Zirə" və "Sabah"ın potensial rəqibi bəlli oldu

"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiyanın təmsilçisi "Osiyek" "i mübarizədən kənarlaşdırsa, "Omoniya” (Kipr) - "Fehervar” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah"ın da pley-off mərhələsindəki potensial rəqibi bəlli olub. Bakı klubu III təsnifat mərhələsində İrlandiya təmsilçisi "Sent-Patriks”i mübarizədən kənarlaşdırsa, "Saburtalo” (Gürcüstan) - "Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->