Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, iqtisad elmləri namizədi Tələt Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub. Sabah onun 80 yaşı tamam olur.
Tələt Məcidov 2 sentyabr 1999-cu ildən 8 fevral 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçısı olub. O, 8 fevral 2005-ci ildən Prezident Administrasiyasının Kadr məsələləri şöbəsində Şöbə müdiri təyin edilib. O, 22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif olunub.
Şərhlər