Bakı Sağlamlıq Mərkəzi "Caspel" şirkətindən proqram təminatları alacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 78 383,86 manatdır.
"Caspel" MMC 2005-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı əvvəl 20 manat olsa da, sonradan 1 146 020 manata qədər artırılıb.
2023-cü ilə qədər "Caspel" MMC-yə iş adamı Namiq Məmmədov rəhbərlik edib. O, eyni zamanda şirkətin ilk qanuni təmsilçisi olub.
Namiq Məmmədovdan sonra isə şirkəti Quliyev Ceyhun Məhi oğlu təmsil edib. Ceyhun Quliyev keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.
Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini vəzifəsində işləyib. Bəzi iddialara görə, şirkət əslində Fazil Məmmədova məxsus olub.
2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri vəzifəsində çalışçan Fazil Məmmədov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.
Seyid
Şərhlər