Xəbər lenti

Ərdoğan yenidən prezidentliyə namizəd olmayacaq - Özü açıqladı
Dünya 16:02 22.05.2025

Ərdoğan yenidən prezidentliyə namizəd olmayacaq - Özü açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkilərində yenidən namizəd olmaq niyyətində deyil.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə Macarıstan səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində danışıb.

"Seçkilərdə yenidən namizəd olmaq niyyətində deyiləm. Bizi yalnız ölkəmizin nüfuzunu necə yüksəldə biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq. Türkiyənin yeni konstitusiyaya ehtiyacı var. Biz yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik", deyə Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda hakim Ədalət və İnkişaf Partiyası (AKP) yeni konstitusiya layihəsinin hazırlanması üzərində işləyir. O, həmçinin müxalifəti bu prosesə qoşulmağa dəvət edib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci il mayın 14-dən gec olmayaraq keçirilməlidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->