Xəbər lenti

İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başladı (FOTO)
Foto 12:19 05.09.2025

İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başladı (FOTO)

İçərişəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə, Böyük Qala küçəsi 41 ünvanında yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb. 

Qaynarinfo xəbər verir ki, Mərkəz, İçərişəhər sakinlərinə bir pəncərə prinsipi əsasında müxtəlif dövlət xidmətləri təqdim edir. Burada sənəd qəbulundan tutmuş, müxtəlif sənədlərin rəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərə qədər geniş bir xidmət çeşidi təqdim edilir.

Yeni yaradılan bu mərkəzin əsas məqsədi sakinlərin zamanına qənaət edərək operativ və effektiv xidmətlərin göstərilməsini təmin etməkdir. Mərkəz, həmçinin şəffaflığın artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılmasına şərait yaradır. 

Xidmət Mərkəzi həftə içi hər gün, saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Əlaqə üçün telefon 492-11-75

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->